XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

30 Dekabr 2020 - 23:38

Əcnəbilər bank kartları ilə ölkəmizdə 402,3 milyon manatlıq əməliyyatlar aparıblar

Koronavirus pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.

Azərtac İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına istinadla xəbər verir ki, bunun nəticəsində noyabrda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 23,2 milyon manat təşkil edib.

Yanvar-noyabr aylarında isə əcnəbilər bank kartları ilə 402,3 milyon manatlıq əməliyyatlar aparıblar.