XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 19:44

Bitkoin tarixi maksimumunu yeniləyib- Qiymət

Bu gün dünyanın ən populyar kriptovalyutası sayılan bitkoinin qiyməti 8% artaraq 29 min ABŞ dollarına yaxınlaşıb.

“Report” RİA“Novosti”yə istinadən xəbər verir ki, 20-dən çox birja üzrə orta qiyməti hesablayan “CoinMarketCap” portalının məlumatına görə, bitkoin 7,75% bahalaşaraq 28 944 ABŞ dollarına, ən böyük kriptovalyuta birjası olan “Binance”da isə 7,37% dəyər qazanaraq 28 961 ABŞ dollarına yüksəlib.

Bitkoin ümumi qlobal kriptovalyuta bazarının, təxminən, 70,5%-ni təşkil edir.

Qeyd edək ki, keçən həftə bitkoinin qiyməti ardıcıl olaraq bir neçə tarixi maksimumu yeniləyib – əvvəlcə 25 min, ardından 26 min, ən sonda da 27 min ABŞ dolları səviyyəsini aşıb. Bazar günü isə bitkoinin qiyməti 28 min ABŞ dollar səviyyəsini aşıb və bütün zamanların ən yüksək səviyyəsinə – 28 395 ABŞ dollarına çatıb.