XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 20:13

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul göndərib- Gömrük Komitəsi

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Malayziya qərarlaşıb. Türkiyəyə ixrac 2 milyard 506,9 milyon dollar, Tunisə 293,5 milyon dollar, Malayziyaya isə 60,5 milyon dollardır.

Azərtac Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrünə nisbətən Türkiyəyə ixrac azalıb, Tunis və Malayziyaya isə ixracda artım müşahidə olunub.