XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Dekabr 2020 - 21:07

Azərbaycan bu il Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib- Gömrük Komitəsi

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman qərarlaşıb.

Azərtac Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 36,7 milyon dollar, BƏƏ-yə 8,7 milyon dollar, Omana isə 2,2 milyon dollar olub. Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, İran və Omana isə artım müşahidə edilib.