XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 14:20

SOCAR bu əcnəbi şirkətinsəhmlərini almaq istəyir

SOCAR Avstriyanın enerji şirkəti “OMV”nin Türkiyədə sahib olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətindəki səhmlərini almaqda maraqlıdır.

Azərtac xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. R.Abdullayev bildirib ki, SOCAR “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərini sərfəli şərtlərlə almaq niyyətindədir və ekspertlər bununla bağlı iş aparılırlar.

Qeyd edək ki, “OMV” şirkəti bu ilin fevralında “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin hamısını satışa çıxarıb. Şirkətdən edilən şərhdə “OMV Petrol Ofisi A.Ş.”nin səhmlərinin 100 faizinin satılması üçün bəzi şirkətlərlə danışıqlar aparıldığı bildirilib. “OMV” 1785 “Petrol Ofisi” adlı yanacaqdoldurma şəbəkəsi ilə Türkiyə bazarının lideridir. Şirkət keçən il Türkiyədə 10 milyon tonluq satış reallaşdırdığını açıqlayıb. “OMV” “Petrol Ofisi”ni 2010-cu ildə 1 milyard avroya Doğan Holdinqdən alıb.