XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 14:25

Rövnəq Abdullayev:"“Cənub Qaz Dəhlizi”nə 2 milyard dollar vəsait cəlb ediləcək"

rovneq

 

Bu ilin sonunadək beynəlxalq maliyyə qurumları tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsinə 2 milyard dollar həcmində maliyyə vəsaitinin cəlb edilməsi nəzərdə tutulur.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev məlumat verib. O qeyd edib ki, artıq bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) və digər maliyyə qurumları ilə danışıqlar aparılır. Bu kreditlər aşağı faiz dərəcələri ilə 20 il müddətində cəlb olunacaq.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” layihəsi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərindən ibarətdir.