XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

04 Yanvar 2021 - 14:16

Ceyhan terminalından indiyədək 3,57 mlrd. bareldən artıq neft yola salınıb –BIL

Bu il (yanvarın 4-nə olan məlumata görə) Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 1,74 mln. barelə yaxın neft yola salınıb.

Bu barədə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarından hasil edilən və digər ölkələrinin  nefti nəql edilir.

Məlumata əsasən, bu il terminalda 2 tanker yüklənilərək yola salınıb.

Qeyd edək ki, Ceyhan neft terminalından bu günədək 3,57 mlrd. bareldən artıq neft yola salınıb və 4 661 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur. (apa)