XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Aprel 2016 - 18:28

Səudiyyə Ərəbistanı2 trilyon dollarlıq fond yaradır

Səudiyyə Ərəbistanı neft ehtiyatlarının tükənməsi ssenarisinə hazırlaşır. Ölkə dünyanın ən böyük valyuta ehtiyatı fondunu yaratmaq niyyətindədir.

Azərtac “borsagundem.com”a istinadla xəbər verir ki, neftin qiymətlərinin ucuzlaşmasından təsirlənən Səudiyyə Ərəbistanı yeni iqtisadi islahatlar həyata keçirməyə hazırlaşır. Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Əl Səud rəhbərliyi ilə yaradılacaq yeni fonda neft ehtiyatlarının tükənməsindən sonrakı dövr üçün 2 trilyon dollar vəsait yığılacaq. Məhəmməd bin Salman Əl Səud deyib: “Bu dünyanın ən böyük fondu olacaq”.