XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 10:20

Dünya Bankı:"Azərbaycanın ÜDM-i gələn il 4,5% artacaq"

Dünya Bankının yeni proqnozuna əsasən 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9% artacaq.

Qeyd edək ki, sözügedən proqnoz bankın ötən ilin oktyabr gözləntisi ilə eynidir.

2020-ci ildə Dünya Bankı ölkədə ÜDM-in 5% azalacağını (oktyabr proqnozu 4,2% azalma), 2022-ci ildə isə 4,5% artacağını (oktyabr proqnozu 2,8% artım) gözləyir.

“Neft qiymətləri sabitləşdikcə və iqtisadiyyata investisiya və yenidənqurma xərcləri artdıqca Azərbaycanda iqtisadi fəaliyyətin genişlənəcəyi gözlənilir. Azərbaycanla Ermənistan arasındakı sülh bəyanatı isə bölgədəki geosiyasi gərginliyi azaltmağa kömək edəcək”, – hesabatda deyilir.