XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 11:06

Dünya Bankı bu il neftin orta qiymətinin 44 dollar olacağını gözləyir

Dünya Bankının son proqnozuna əsasən, bu il neftin bir barelinin orta qiyməti 44 ABŞ dolları təşkil edəcək.

Bu barədə “APA-Economics” Dünya Bankının “Global Economic Prospects” hesabatına istinadən xəbər verir.

Bu, 2020-ci ilin orta göstərici ilə müqayisədə 8,1% çoxdur. Bank tərəfindən 2022-ci ildə isə neftin qiymətinin 13,6% artaraq 50 dollara çatacağı proqnozlaşdırılır.

Qeyd edək ki, 2020-ci ildə xam neftin orta qiyməti 33,7% azalmışdı və ilkin hesablamalara görə, 41 dollar təşkil edib. Bank neftin orta qiyməti kimi “Brent”, “Dubai” və WTI markalı neftlərin orta qiymətini götürür.

Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar səviyyəsində nəzərdə tutulub.