XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 10:11

ABŞ-ın neft ehtiyatları azalıb –8 milyon barel

Ötən həftənin yekunlarına görə , ABŞ-ın kommersiya neft ehtiyatları 8,01 mln. barel azalaraq 485,46 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,13 mln. barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir/APA.