XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 14:23

Pərviz Şahbazov:“Keçən il neft hasilatımız 8,2 % azalıb”

OPEC+ məhdudiyyətləri çərçivəsində neft hasilatımız keçən il 8,2 % azalıb. Amma, eyni zamanda, qaz hasilatı artıb və xüsusilə də qaz ixracı 16,9 % artaraq 13,8 milyard kubmetr təşkil edib.

Bunu energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, bu artımın əsas səbəbi Cənub Qaz Dəhlizi olub: “2020-ci il dekabrın 31-dən ilk dəfə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. Bu, bir daha göstərdi ki, möhtərəm cənab Prezident, Sizin irəli sürdüyünüz bütün təşəbbüslər əzmlə reallığa çevrilir. Hazırda, yəni, bu gün üçün İtaliyaya gündəlik 10,5 milyon kubmetr, Yunanıstana 2 milyon kubmetr, Bolqarıstana isə 1 milyon kubmetr qaz ixrac edilməkdədir”.