XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

07 Yanvar 2021 - 20:39

ABŞ Səudiyyə Ərəbistanından neft idxalını dayandırıb

ABŞ keçən həftə Səudiyyə Ərəbistanından neft idxal etməyib.

“İnterfaks” xəbər verir ki, bunu ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin məlumatları göstərir.

Qurumun 2010-cu ildən bəri yayımlanan həftəlik məlumatlarına əsasən, bütün bu müddət ərzində krallıqdan neft idxalı heç vaxt sıfıra çatmamışdı.

Aylıq məlumatlara əsasən, ABŞ Səudiyyə Ərəbistanından sonuncu dəfə 1985-ci ilin sentyabrında bir barel belə neft idxal etməmişdi.

Qeyd edək ki, ABŞ keçən həftə İraqdan və Ekvadordan da neft idxal etməyib. Eyni zamanda Kolumbiyadan idxal təxminən dörd dəfə artaraq gündəlik 337 min barelə çatıb/Report.