XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 18:10

Azərbaycan MDB ölkələrinə mühərrik yağları ixrac edəcək –BSP

Balaxanı Sənaye Parkında fəaliyyət göstərən rezidentlərdən 3-ü istehsal etdikləri məhsulları dünyanın müxtəlif ölkələrinə ixrac edir:

Bu barədə Balaxanı Sənaye Parkından (BSP) bildirilib.

“Plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıları əldə edən rezidentimiz məhsulları Rusiya və Belarusa, mebel məhsullarının istehsalı ilə məşğul olan müəssisə Gürcüstan, Qazaxıstan və Amerika Birləşmiş Ştatlarına, işlənmiş qida yağlarının təkrar emalından biodizel üçün xammal əldə edən BSP rezidenti isə məhsullarını Hollandiya və İsveçrəyə ixrac edir. Yaxın gələcəkdə işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərən Parkın rezidenti istehsal etdiyi məhsulları MDB ölkələrinə ixrac etməyi planlaşdırır. İndiydək bu şirkətlər 6,6 milyon manat dəyərində məhsul ixrac ediblər”, – BSP-dən bildirilib.

Məlumatda qeyd olunub ki, sahibkarların marağı nəzərə alınaraq Balaxanı Sənaye Parkının ərazisi 7 hektardan 10,1 hektaradək genişləndirilib. Parkda artıq 760-a yaxın daimi iş yeri yaradılıb.

Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən Balaxanı Sənaye Parkının hazırda 19 rezidenti var.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən olan Balaxanı Sənaye Parkının yaradılması qərara alınıb. 9 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulub.