XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

11 Yanvar 2021 - 22:59

Azərbaycan əhalisi ötən ilin noyabrında 16 mln. nağd avro alıb- Mərkəzi Bank

Bu ilin noyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 15,743 mln. avro təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0,1% çoxdur.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin noyabr ayı ilə müqayisədə isə 63,9% azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında isə ölkə əhalisi 219,484 mln. avro alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58,6% azdır.

Bundan başqa, noyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 5,164 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 15,7% çoxdur, ötən ilin noyabr ayı ilə müqayisədə isə 4,8 dəfə azdır.