XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Yanvar 2021 - 18:30

“Moody’s”:Avropada bu il yalnız Litva iqtisadiyyatı böhrandan əvvəlki səviyyəyə qayıdacaq

“Moody’s Investors Service” bu il Avrozona iqtisadiyyatının ortalama 4,3% artacağını proqnozlaşdırır.

Məlumata görə, bu il ən yüksək ÜDM artımı İspaniyada olacağı gözlənilir – 6%. Buna baxmayaraq, İspaniya 2021-ci ilin sonunadək iqtisadiyyatını böhrandan öncəki səviyyəyədək bərpa edə bilməyəcək və 2022-ci ilə Avrozona ölkələri arasında ən gərgin iqtisadi vəziyyəti olan ölkə kimi daxil olacaq.

Analoji vəziyyət Fransa, Portuqaliya və Belçika üçün də proqnozlaşdırılır. Bu ölkələrin ÜDM-i müvafiq olaraq 5,3%, 5,2% və 4,5% artacağı gözlənilir. Sözügedən iqtisadiyyatların tam bərpası ən azı 2022-ci ilədək uzanacağı güman edilir.

“Moody’s” qeyd edir ki, cari ildə Avrozona ölkələri arasında yalnız Litva iqtisadiyyatı 3,3% artaraq COVID-19 pandemiyası böhranından əvvəlki səviyyəyə qayıda biləcək/APA.