XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Yanvar 2021 - 13:49

Azərbaycan banklarında dollara tələb kəskin artıb –Hərrac

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Strateq.az Mərkəzi Banka istinadla xəbər verir ki, hərracda tələb 100,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 41,8% və ya 29,5 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.