XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 18:45

Azərbaycan son 4 ildə qaz hasilatını 30% artırıb –SOCAR

Azərbaycanda 2017-2020-ci illər ərzində qaz hasilatı təqribən 30% artıb.

SOCAR-ın göstəriciləri əsasında aparılan hesablamalara görə, əgər 2017-ci ildə ölkədə qaz hasilatı 28,6 mlrd. kubmetr səviyyəsində idisə, 2020-ci ildə bu göstərici 37,14 mlrd. kubmetrədək yüksəlib.

Məlumata görə, 2018-ci ildə Azərbaycanda 30,49 mlrd. kubmetr, 2019-cu ildə isə 35,6 mlrd. kubmetr qaz istehsal edilib.