XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2021 - 20:24

“Tranzit rüsumlarının azadılması üçün Azərbaycanla iş aparırıq” –Türkiyəli nazir

“Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində xarici ticarət dövriyyəmizi artırmaq, müasir İpək Yolunu canlandırmaq üçün Türkiyəni Avropa ölkələri və Çin arasında körpüyə çevirmək səylərimizi davam etdiririk”.

Bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan deyib.

“Ötən il dekabrın 4-dən Türkiyənin İstanbul şəhərindən Çinin Sian şəhərinə hərəkət edən ixrac qatarları bu istiqamətdə mühüm addımdır. Dəniz yolu ilə 35-40 gün çəkən daşınma müddəti dəmir yolunun hesabına 13 günə endirilib. Logistika şirkətlərimizin Xəzər regionundakı fəaliyyətinin genişləndirilməsinə böyük əhəmiyyət veririk. Bunun üçün tranzit rüsumlarının azadılması üçün Azərbaycanla iş aparırıq”, – deyə o, qeyd edib.

Bundan başqa, Türkiyəli nazirin sözlərinə görə, Türkiyə bu günə qədər dəyəri 201,9 milyard ABŞ dollar olan 5 582 regional layihənin iştirakçısı olub: “Bu da bütün dünyada icra etdiyimizi layihələrinin dəyərinin 48%, sayının isə 53%-i deməkdir”. (report)