XƏBƏR LENTİ

28 Fevral 2021
27 Fevral 2021

Digər Xəbərlər

19 Yanvar 2021 - 12:11

Mikayıl Cabbarov:“Vergi və gömrük inzibatçılığında mövcud baryerləri aradan qaldırmaq üçün çalışırıq”

“İqtisadiyyat Nazirliyi və digər aidiyyəti strukturlar öz fəaliyyətini sahibkarlığın dəstəklənməsini daha da artırılması, investisiya imkanlarının genişləndirilməsi istiqamətində qurur”.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərini sadalayarkən qeyd edib.

M.Cabbarov həmçinin əlavə edib ki, İqtisadiyyat Nazirliyi ölkədə istehsal olunan məhsulların ixrac bazarlarına çıxarılması üçün sahibkarlara dəstəyinin və təşviqinin artırılması üçün də geniş fəaliyyət həyata keçirir:

“İqtisadiyyat Nazirliyi və digər aidiyyəti strukturlar ölkədə sərmayə mühitinin daimi yaxşılaşdırılmasına və bunun üçün zəruri olan biznes mühiti, maliyyəyə çıxış, o cümlədən güzəştli kreditlərə çıxış, iş yerlərinin qeydiyyatında, o cümlədən vergi və gömrük inzibatçılığında mövcud olan baryerləri aradan qaldırmaq kimi istiqamətində fəaliyyət göstərir”/Report.