XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

25 Yanvar 2021 - 16:54

Azərbaycanda çətənə emalı fabrikinin yaradılması təklif olunub –ASK

Türkiyənin Yozqat Konfederasiyası Azərbaycanda beynəlxalq çətənə emalı fabrikinin yaradılmasını təklif edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) verilən məlumata görə, bu fikri Yozqat Konfederasiyasının prezidenti Mehmet Deniz Türkiyənin vitse-prezidentinin baş müşaviri Erkan Koparmalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ASK-nın prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.

Deniz Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə həyata keçirilən tibb, kosmetika, ip istehsalı kimi digər sahələrdə də istifadə olunan sənaye üsulu çətənə emalı layihəsi haqqında geniş məlumat verib. O, bu layihəni Azərbaycanda da həyata keçirmək istədiklərini, burada beynəlxalq fabrik qurmaq arzusunda olduqlarını bildirib.