Beynəlxalq Valyuta Fondu (BVF) cari il üçün dünya neft qiymətləri (ortalama – red.) üzrə proqnozunu 3,3 dollar artıraraq 50,03 dollaradək yüksəldib.
Bu barədə “APA-Economics” BVF-nin yanvar hesabatına istinadən xəbər verir.
BVF-nin qiymətləndirmələrinə görə, ötən il neftin bir barelinin orta qiyməti 41,29 dollar təşkil edib.