XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 11:49

İrandan bəd xəbər:“Hədəfimiz 4 milyon barreldir”

زنگنه وزیر نفت

 

“İranın gündəlik neft və qaz konsensatı ixracatı 2 milyon barreli keçib”.

Strateq.az xəbər verir ki, bunu ölkənin neft naziri Bijen Zəngənə deyib.

Zəngənə “Şana” xəbər agentliyinə reportajında bununla kifayətlənməyəcəklərini də etiraf edib. Onun sözlərinə görə, İranın gündəlik ixracat hədəfi 4 milyon barreldir.

Qeyd edək ki, son zamanlar Rusiya OPEC-lə dünya bazarında neft qiymətlərinin ucuzlaşmasının qarşısını almaq üçün gərgin müzakirələr aparırdı. Bu məqsədlə hasilatı azaltmağı və ya ötən ilin sonlarındakı həddə saxlamağı təklif edirdi. Prinsipcə, OPEC ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı neftin qiymətinin xeyli aşağı olduğunu qəbul edir, hasilatı azaltmaq üçün isə şərt  irəli sürürdü: İran da bu kampaniyaya qoşulmalıdır.

Uzun illər sanksiyalarla üzləşdiyindən neft bazarındakı mövqeyini itirən İran isə “nüvə sazişi”nin verdiyi imkanlardan faydalanaraq, əvvəlki əlaqələrini bərpa etməyə çalışır və bu səbəbdən də təkliflə razılaşmır. Nəticədə hasilatı azaltmaq istəyən digər hasilatçılar da öz bazarlarını itirəcəklərindən çəkinirlər. Dolayısıyla hasilatçılar arasında qızışan amansız rəqabət neft bazarında təkliflə tələb arasındakı balansı pozur, qiymətlərin daha sa ucuzlaşmasına yol açır. Təsadüfi deyil ki, İranın neft nazirinin dünən gecə yayılan çıxışından sonra “qara qızılın” qiyməti 1%-dən artıq enərək 38.20 dollara düşüb. Mütəxəssislər bu enişin davam edəcəyindən nigarandırlar.

Xatırladaq ki, İngiltərə bankı “Barclays” bir neçə gün öncə hazırladığı "Həftəlik əmtəə" adlı hesabatında bu ilin ikinci yarısında neftin qiymətlərinin yenidən 30 dolların altına düşəcəyini proqnozlaşdırmışdı. İranın öz ixracatını 2 dəfədən çox artıracağını bəyan etməsindən sonra qızışacağı gözlənilən rəqabət  bu proqnozun gerçəkləşməsini tətikləyə bilər. Hətta o da mümkündür ki, dünya bazarında təklifin tələbi üstələməsi bəzi kiçik hasilatçıları tamamilə bazardan çıxartsın.

Gündəlik 600 min barrel neft ixracatı ilə Azərbaycan da kiçik hasialtçılardan sayılır. Ölkəmizin əlaqədar qurumları bu məsələni diqqətdə saxlamalıdır.

 

Heydər Oğuz

Strateq.az