XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

27 Yanvar 2021 - 14:43

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları tarixi maksimuma çatıb- Mikayıl Cabbarov

2020-ci ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 5,6 mlrd. manat olub.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: “Qeyri-neft sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb”.