XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Yanvar 2021 - 17:05

“BP America”nın Beynəlxalq əlaqələr üzrə rəhbəri:“CQD çox böyük, mürəkkəb və cəsarətli layihədir”

“Cənub Qaz Dəhlizi (CQD) çox böyük, mürəkkəb və cəsarətli bir layihədir. Vaxtında və büdcə çərçivəsində tamamlanacağını düşünmək çox diqqətəlayiqdir”.

Bunu “BP America”nın Beynəlxalq əlaqələr üzrə rəhbəri Robert Şer Böyük Xəzər Regionunda Cənub Qaz Dəhlizinin tamamlanması və enerji bazarının gələcəyinə dair müzakirədə deyib.

“Layihənin bu qədər uğurlu olmasının beş səbəbi var: enerji tədarükünün şaxələndirilməsi üçün açıq iş, özəl və dövlət sektorları arasında sıx koordinasiya, yüksək səviyyəli texniki təcrübə, aydın öhdəlik və hədəflər və ölkələr arasında tərəfdaşlıq”, – deyə R. Şer vurğulayıb.