XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 16:14

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb –Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 5,75 %, yuxarı həddi isə 6,75 % səviyyəsində saxlanılıb.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 19-da ictimaiyyətə açıqlanacaq.