XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 14:03

“Banklararası Kart Mərkəzi” istismara verildi- Mərkəzi Bank

merkezi bank

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Banklararası Kart Mərkəzi” (BKM) istismara verilib.

Bankdan bildirilib ki, Mərkəzi Bank ölkədə nağdsız hesablaşmaların inkişafı, ödəniş kartları infrastrukturunun daha effektiv fəaliyyət göstərməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu istiqamətdə həyata keçirilən növbəti tədbir Azərbaycanda emissiya olunan ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların emalı prosesinin tam şəkildə ölkə daxilində həyata keçirilməsini təmin edən “Banklararası Kart Mərkəzi”nin istismara verilməsidir. Beynəlxalq təcrübədə mövcud olan son nailiyyətlərin tətbiqi ilə Mərkəzi Bank tərəfindən yaradılan BKM aprelin 1-dən tam istismara verilib.

BKM ölkədə prosessinq fəaliyyəti göstərən bütün təşkilatların infrastrukturları arasında interfeysi təmin edir və bununla da rezident banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə Azərbaycan daxilində aparılan əməliyyatların emalı artıq bu infrastruktur vasitəsilə həyata keçirilir.

BKM-nin yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun olaraq çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.