XƏBƏR LENTİ

06 Mart 2021
05 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2021 - 20:54

AMB sədri:"Müəyyən bankların bağlanması problemli kreditlərin payını azaldıb"

Problemli kreditlərin son 6 ilin minimumuna enməsi “Atabank”, “NBCBank”, “Əmrahbank” və “AGBank”ın bağlanması və ümumi stabilliyin artması ilə bağlıdır.

Bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, sözügedən banklarda problemli kreditlərin yüksək konsentrasiyası sektor üzrə orta göstəriciyə pis təsir edirdi: “Digər tərəfdən, bizim daha bədbin proqnozlarımıza rəğmən bank sektorunun portfeli ilin axırına daha sağlam qaldı”.

Qeyd edək ki, yanvar ayının 1-nə ölkədə problemli kreditlərin ümumi kredit portfelindəki payı 6,15% təşkil edib. Bu göstərici 2015-ci ilin aprel ayından bəri (6,1%) ən aşağı göstəricidir. (apa)