XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 February 2021 - 10:44

Avronun manata qarşı məzənnəsi ikiaylıq minimuma enib- Rəqəmlər

Fevralın 3-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0471 manata enib. Avronun əsas valyutalara nisbətdə möhkəmlənməsi fonunda, bu göstərici son iki ayda qeydə alınan ən aşağı göstəricidir.

APA-Economics”in hesablamalarına görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin dekabrın 1-də qeydə alınmışdı – 2,0328 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 2,3% dəyər itirib.

Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0224 manat, 1 türk lirənin məzənnəsi isə 0,2362 manata enib.