XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 13:54

“Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq, inflyasiya 3,2 faiz təşkil edəcək”- BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni proqnozlarına əsasən, bu il Azərbaycanda ÜDM-in artım tempi 2% təşkil edəcək, illik inflyasiya isə 3,2%-ə qədər sürətlənəcək.

APA-Economics” bu barədə BMT-nin “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri” adlı hesabatına istinadən məlumat verir.

Hesabatda bildirilir ki, 2022-ci ildə də ölkə iqtisadiyyatı 2% artacaq, inflyasiya 3,5% səviyyəsində olacaq.

Qeyd edək ki, hesabata görə, “OPEC+” sazişi çərçivəsində neft hasilatının azaldılması və COVID-19 pandemiyası Azərbaycan iqtisadiyyatının inkişafını əngəlləyən əsas amillər olub.