XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2021 - 18:12

Neftin qiyməti 173 dollaradək yüksələ bilər –EIA

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) müsbət ssenarisinə əsasən, “Brent” markalı neftin bir barelinin qiyməti 2050-ci ilə 173 dollaradək yüksələ bilər.

Bu barədə EIA-in 2050-ci ilədək qlobal enerji bazarlarındakı vəziyyətin inkişafına dair hesabatında deyilir. 

Məlumata görə, qeyd olunan qiymət 2020-ci il üçün dollar məzənnəsinə uyğun olaraq hesablanıb.

Mütəxəssislərin fikrincə, mənfi ssenariyə uyğun olaraq, hesabat dövründə “Brent”in qiyməti 48 dollar, realistik ssenariyə uyğun isə 95 dollar təşkil edə bilər. (apa)