XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2021 - 19:11

Britaniya funtunun Azərbaycan manatına qarşı məzənnəsi üçillik maksimuma çatıb –Rəqəmlər

Böyük Britaniya funt sterlinqinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,3349 manata yüksəlib ki, bu da 2018-ci ilin may ayının 1-dən bəri ən yüksək göstəricidir.

2018-ci ilin may ayından indiyədək funtun manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin mart ayının 19-da qeydə alınıb – 1,9547 manat. Beləliklə, bu gün 1 Britaniya funtunun 2,3244 manata bərabər olduğunu nəzərə alsaq, 2020-ci ilin mart ayından bəri funt sterlinq manata nisbətdə 18,9% möhkəmlənib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0322 manata enib, 1 Rusiya rublu 0,0225 manata,  1 türk lirəsinin məzənnəsi isə 0,2380 manata yüksəlib.