XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 February 2021 - 18:48

Ötən il Azərbaycanda 5,9 mln ton neft emal edilib –Energetika Nazirliyi

2020-ci il ərzində Azərbaycanda neft emalı 5,875 mln ton təşkil edib.

Bu barədə Energetika Nazirliyinin 2020-ci ildə görülmüş işlərə dair hazırladığı hesabatda deyilir.

Məlumata görə, ölkədə neft emalı proqnozdan 172,7 min ton, yəni 3 % çox olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.