XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Fevral 2021 - 15:23

İran Azərbaycan ilə ticarəti genişləndirməsi üzrə nümayəndə təyin edib

İranın Ticarət, Sənaye, Mədən Nazirliyi və Ticarət Palatası Tehranda “İran-Azərbaycan Respublikası: Ticarət İmkanları və Fürsətləri” adlı videokonfrans təşkil edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, konfransda İran-Azərbaycan Ticarət Palatasının rəhbəri Hüseyin Pir-Moazzen, İranın digər əyalətlərindən olan ticarət palatalarının nümayəndələri və iki ölkə arasında ticarət fəaliyyəti göstərən rəsmilər və iş adamları iştirak edib. Tədbirdə ikitərəfli ticarət əlaqələrində qarşılaşılan çətinliklər, fürsətlər, risklər, son regional dəyişikliklər, əməkdaşlıq imkanları, iki qonşu arasında ticarət və maliyyə əlaqələrini genişləndirilməsi müzakirə edilib.

Sənaye, mədən və ticarət naziri Alireza Razm-Hosseini, Şərqi Azərbaycan Əyalətinin general-qubernatoru Məhəmməd Rza Purməhəmmədi Azərbaycan ilə ticarəti genişləndirməsi üzrə nümayəndə təyin edib.

Qeyd edək ki, Purməhəmmədiyə qeyri-neft sektoru üzrə əlaqələrini genişləndirmək üçün müxtəlif İranın dövlət qurumları və özəl sektor müəssisələri ilə koordinasiyanı təmin etmək və Cənubi Qafqazdakı son münaqişədən sonra Azərbaycanın dağılmış ərazilərinin yenidən qurulması üçün əməkdaşlığı koordinasiya etmək vəzifəsi verilib.