XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 February 2021 - 17:55

Dünya Bankı Azərbaycan üzrə xüsusi araşdırmalar hazırlayacaq

Dünya Bankı Azərbaycan üzrə xüsusi iqtisadi və maliyyə araşdırmaları hazırlayacaq.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklın rəhbərlik etdiyi nümayəndə heyəti ilə video-konfrans formatda görüşü zamanı bildirilib.

Görüşdə araşdırmalar üzrə əsas aspektlər diqqətə çatdırılıb və qeyd olunub ki, Bankın hazırlayacağı Ölkə İqtisadi Memorandumu (“Country Economic Memorandum” – CEM), Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (“Financial Sector Assessment Program” – FSAP) və Sistematik Ölkə Diaqnostikası (“Systematic Country Diagnostic” – SCD) araşdırmaları prioritet inkişaf hədəflərinə nail olunmasına töhfə verəcək.

Tərəflər qeyd olunan araşdırmaların hazırlanmasında İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.