XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 22:16

Ötən il qlobal ticarət 9 faiz azalıb- Rəqəmlər

Ötən il qlobal ticarət koronavirus pandemiyasının təsiri ilə 2019-cu illə müqayisədə 9 % azalıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilib.

Sənədə əsasən, ötən il əmtəə ticarəti illik müqayisədə 8 % artıb ki, bu da qlobal ticarətin daha böyük həcmdə azalmasının qarşısını alıb.

“Ötən ilin IV rübündə qlobal ticarətin bərpası “nizamsız” olub. Son rübdə artım Şərqi Asiya başda olmaqla əsasən inkişaf etməkdə olan ölkələrin payına düşüb. Belə ki, təkcə Şərqi Asiya regionunda əmtəə ticarəti illik müqayisədə 12 % artıb. Şərqi Asiya iqtisadiyyatları güclü ixrac artımı və qlobal bazar payındakı qazanclarla qlobal ticarətin bərpası prosesinə liderlik edib”, – deyə hesabatda bildirilir.

Hesabata əsasən, ötən ilin son rübündə istehsal sektoru canlansa da, qlobal xidmət ticarəti əvvəlki rüblə eyni qalıb. Qlobal ticarətdəki canlanmanın koronavirusun təsiri ilə səyahət sektorunu mənfi təsir etməsi ilə, bu ilin ilk rübündə təkrar yavaşlayacaq.

UNCTAD bu ilin ilk rübündə qlobal əmtəə ticarətinin ötən ilin son rübü ilə müqayisədə 1,5 %, xidmət ticarətinin isə 7 % azalma yaşanacağı proqnozlaşdırıb.