XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Fevral 2021 - 22:41

IEA qlobal neft tələbatı üzrə proqnozunu endirib –Hesabat

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu təxminən 0,2 mln. barel azaldıb.

Məlumata görə, beləliklə, bu il neftə olan gündəlik tələbat 5,4 mln. barel artaraq 96,4 mln. barel təşkil edəcək.

Hesabata əsasən, bu ilin I rübündə gündəlik tələbatın 1 mln. barel azalacağı (2020-ci ilin IV rübü ilə müqayisədə) ehtimal edilir. Lakin ilin ikinci yarısında müsbət iqtisadi perspektivlər neftə olan tələbatın artımına səbəb ola bilər.

Hesabatda vurğulanır ki, qeyd olunan həcmlərdə tələbatın artımı 2020-ci ildə pandemiya səbəbindən itirilmiş həcmin 60%-nin bərpası deməkdir/APA