XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2021 - 22:53

Zalkaliani:“Gürcüstan iqtisadi layihələrlə bağlı Azərbaycanla fəal iş aparır”

“İnfrastruktur layihələrin reallaşdırılması, kommunikasiyaların inkişafı, həmçinin sualtı fiber-optik kabellərin çəkilməsi baxımından Qara dənizin böyük iqtisadi əhəmiyyəti var”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, Gürcüstanın diplomatik korpusları bu əsas istiqamətlər üzrə səfərbər olunublar: “Biz amerikalı tərəfdaşlarımız, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri, həmçinin strateji tərəfdaşlarımız olan Türkiyə və Azərbaycanla çox fəal iş aparırıq. Gürcüstan bu iki ölkə ilə əhəmiyyətli geostrateji layihələrdə iştirak edir”/Report.