XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 12:15

“OPEC+ çərçivəsində öhdəlik bəlli iqtisadi itkilər hesabına yerinə yetirilib” –Mikayıl Cabbarov

“2020-ci il həm dünya həm də Azərbaycan üçün qlobal çağrışlarla olu il oldu. Pandemiya bütün dünyada iqtisadi geriləməyə səbəb oldu və onun təsirindən Azərbaycanın ÜDM-si 4,3 % azalıb”.

Bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Azərbaycan OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılmasını öhdəlik olaraq üzərinə götürüb:

“Bu öhdəliyi yerinə yetirmək bəlli iqtisadi itkilər hesabına başa gəlib. 2020-ci il ərzində dövlət başçısının tapşırığı ilə milli iqtisadiyyata və sahibkarlara dəstək verilib. Ötən il ərzində sahibkarlara 358 milyon manat dəstək göstərildi. 115 milyon manatlıq güzəştli kreditlər verilib”.