Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı içkilər və tütün məmulatlarından əldə etdiyi gəlir 196,7 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 0,4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 52,8%-i ərzaq, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2 168,5 mln. manat təşkil edib, bu da illik müqayisədə 0,5% artım deməkdir.