XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Fevral 2021 - 16:54

Azərbaycan əhalisi yanvarda avtomobil yanacağının alışını azaldıb –

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından (avtomobil benzini və dizel) əldə etdiyi gəlir 172,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,1% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,4%-i avtomobil yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 12,5% azdır.