Dördüncü sənaye inqilabı şəbəkəsinin mərkəzlərindən birinə ev sahibliyi Azərbaycana mühüm töhfə verəcək.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
“Qabaqcıl şirkətlərlə birgə iş qeyri-neft sahəsinin inkişafında, iqtisadiyyatın şaxələnməsi və rəqəmsallaşmasında faydalı olacaq, ölkənin beynəlxalq nüfuzunu daha da artıracaq”, – nazir qeyd edib.