“fDi Intelligence” jurnalı birbaşa xarici investisiyalar üçün dünyanın ən cəlbedici şəhərlərinin reytinqini hazırlayıb.
“fDi”ın “Global City of the Future 2021/22” adlı hesabatına əsasən, dünyanın xarici investisiyalar üçün ən cəlbedici şəhəri Sinqapur seçilib. Şəhərin iqtisadi potensialı, yüksək texnologiyalara yönümlülüyü və uyğunluğu və biznes mühitin əlverişli olması ona birinci yeri təmin edib. 2015-2020-ci illərdə təkcə tədqiqat və inkişaf sahəsinə bu şəhər xaricdən 210 mln. ABŞ dolları cəlb edib və bu, rekord göstəricidir. Reytinqin ikinci pilləsində Böyük Britaniyanın paytaxtı London şəhəri qərarlaşıb. Araşdırmaya görə, 2015-2020-ci illərdə sözügedən şəhər 2,6 mlrd. dollar dəyərində investisiya cəlb edib. Şəhərin güclü tərəfi kimi, təhsil infrastrukturu göstərilir.
İlk üçlüyü qapadan BƏƏ-nin Dubay şəhəridir. Şəhər son reytinqdən bəri üç pillə irəliləyərək hazırkı mövqeyinə yüksəlib. Əlverişli vergi sistemi, azad iqtisadi zonalar və yüksək təhsilli işçi qüvvəsi birbaşa xarici investisiyaların axınını artırır və gələcək illər üçün proqnozu yüksək saxlayır.
Birbaşa xarici investisiyalar üçün dünyanın ən cəlbedici şəhərlərinin reytinqi:
# |
Şəhər |
Ölkə |
1 |
Sinqapur |
Sinqapur |
2 |
London |
Böyük Britaniya |
3 |
Dubay |
BƏƏ |
4 |
Amsterdam |
Niderland |
5 |
Dublin |
İrlandiya |
6 |
Honkonq |
Honkonq |
7 |
Nyu-York |
ABŞ |
8 |
Şanxay |
Çin |
9 |
Paris |
Fransa |
10 |
Tokio |
Yaponiya |
11 |
Pekin |
Çin |
12 |
Əbu-Dabi |
BƏƏ |
13 |
Banqalor |
Hindistan |
14 |
Münhen |
Almaniya |
15 |
Vrotslav |
Polşa |
16 |
Sürix |
İşveçrə |
17 |
Toronto |
Kanada |
18 |
Seul |
Cənubi Koreya |
19 |
Hyuston |
ABŞ |
20 |
Varşava |
Polşa |
21 |
Çikaqo |
ABŞ |
22 |
Moskva |
Rusiya |
23 |
San-Fransisko |
ABŞ |
24 |
Vilnüs |
Litva |
25 |
Monreal |
Kanada |
(apa)