XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 23:57

“Fitch”:"Azərbaycanın neft ehtiyatları 25 ilə bəs edəcək"

Ötən ilin əvvəlində təbii neft hasilatının səviyyəsini nəzərə alaraq, Azərbaycanın neft ehtiyatları ölkəyə hələ 25 ilə yaxın bəs edəcək.

Bu, “Fitch Ratings” və BP-nin birgə apardığı hesablamalar nəticəsində məlum olub.

Beynəlxalq agentlik bildirir ki, bu göstəriciyə görə, Azərbaycan dünyada 11-ci yerdə qərarlaşıb. Sözügedən göstərici üzrə ilk üçlüyə Küveyt, İraq və Kanada daxildir.

“Fitch”ə görə, 2019-cu ildə ölkənin neft-qaz ehtiyatlarının həcmi qlobal ehtiyatların 0,8%-ni təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 37,5 mln. ton, 2020-ci ildə isə 34,6 mln. ton neft istehsal edilib/APA.