XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Fevral 2021 - 21:29

Dünya bazarında neft bahalaşır –Səbəb

Bu gün dünya neft bazarında “Brent” xeyli bahalaşdıqdan sonra “fasilə” götürdüyü halda, WTI Texasdakı hasilatın azalması nəticəsində yenə də bahalaşıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 13:45-ə olan vəziyyətə görə, “Brent” markalı neftin aprel fyuçersləri 0,28 faiz ucuzlaşaraq 63,12 ABŞ dollarından, WTI markalı neftin mart fyuçersləri isə 0,49 faiz bahalaşaraq 59,75 dollardan satılıb.

Xatırladaq ki, Texasda və qonşu bölgələrdə şaxtalı və çovğunlu havalar üzündən bir sıra neftayırma müəssisələri fəaliyyətini dayandırıb. “Bloomberg” xəbər verir ki, ötən gün “Motiva” və “Exxon Mobil” şirkətlərin müəssisələri dayanıb, “Total” isə hasilatı minimuma endirərək Port Arturdakı neftayırma blokunu bağlayıb. Dünən isə Texasdakı gündəlik hasilatın 1 milyon barel azaldığı bildirilib. Bütün bunlar WTI-nin bahalaşmasını şərtləndirib.

“Brent”in isə əvvəlki üç sərasər bahalaşması son vaxtlar müxtəlif ölkələrdə peyvəndləmənin də təsirilə koronavirus pandemiyasından sonra dünya iqtisadiyyatının dirçələcəyinə dair nikbinliklə bağlıdır.

Londondakı “Principal Global İnvestors”un eksperti Sima Şah (Seema Shah) “Bloomberg”ə bildirib ki, bir çox mərkəzi banklar tərəfindən yürüdülən yumşaq kredit siyasəti, dövlətlərdən maliyyə dəstək gözləntiləri bazarda dalğalanmaları şərtləndirən amillərdəndir/Report.