XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2021 - 12:41

“Azeri Light” nefti ucuzlaşıb- Qiymət

Dünya bazarında “Azeri Light” (CIFmarkalı neftin qiyməti azalıb.

APA-Economics”in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,66 ABŞ dolları və ya 1,03% azalaraq 63,68 dollar təşkil edib.

Xatırladaq ki, Ötən həftə ərzində (8-12 fevral) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 62,02 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,11 dollar və 5,3% çoxdur. Ötən həftə ərzində ən yüksək göstərici (I gün) – 62,77 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 61,11 dollar səviyyəsində olub.