XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 15:33

Gürcüstanın Azərbaycana borcu azalıb –Hesabat

Gürcüstanın Azərbaycana dövlət borcu son bir ildə 12,7% və ya 800 min dollar azalaraq 5,491 mln. dollara enib.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin 1 fevral tarixinə hesabatında bildirilib.

Qeyd olunub ki, ötən ilin 2020-ci ilin fevralın 1-də qonşu ölkənin Azərbaycana borcu 6,291 mln. dollar təşkil edib.

Hesabata əsasən hazırda Gürcüstanın ümumi xarici borcu 7 789 901 min dollardır. Bunun 7 416 734 min dolları hökumətin, 373 169 min dolları isə ölkənin Milli Bankının payına düşür. Gürcüstanın ən çox borcu olduğu beynəlxalq çoxtərəfdaşlı təşkilat Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır (IBRD) – 841 223 min dollar/APA.