XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2021 - 16:53

Dünya Bankı:"Azərbaycanda inflyasiya hədəf diapazonunda qalacaq"

Azərbaycanda avtomobil yanacağının (“Aİ-92”nin 33%, dizelin 11%) və su təchizatının tariflərinin (100%) artmasına baxmayaraq, inflyasiya, çox güman ki, Mərkəzi Bankın hədəf diapazonu çərçivəsində qalacaq.

Bu barədə “APA-Economics”ə Dünya Bankından bildirilib.

Dünya Bankının iqtisadçılarının fikrincə, sözügedən tariflərin artması daha yüksək qiymətlərə yol açacaq.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair sonuncu mətbuat konfransında ölkədə inflyasiyanın 2021-ci ildə 4% diapazonunda formalaşacağını bildirmişdi.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib, təkcə yanvar ayında isə illik inflyasiya 3,3%-ə bərabər olub.