XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Fevral 2021 - 18:26

Əli Əsədov:“Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət var”

“Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdam Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir”.

Bunu Baş Nazi Əli Əsədov Ankarada keçirilən Ankarada Türkiyə-Azərbaycan iş adamları forumunda bildirib.

“Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə inkişafına yeni təkan verilib. İki ölkə arasında ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist səfərlərinin artmasına, xalqların bir-biri ilə daha da yaxınlaşmasına imkan yaranacaq”, – deyə o, qeyd edib/Report.

Əli Əsədov bildirib ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi iri enerji layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

O, mühüm infrastuktur laiyhəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti barədə də danışıb və ötən il onunıa yük daşımalarının həcminin 2 dəfə artdığını bildirib: “Əminik ki, bu işbirliyi davam edəcək. Azərbaycan artıq 3+3 formatında yeni regional əməkdaşlıq platforması təklif edib. Bu platformanın mühüm tərkib hissəsi Naxçıvandan keçməklə Azərbaycan və Türkiyəni birləşdirəcək yeni dəhlizdir”.

Baş nazir deyib ki, tarixi Vətən müharibəsində zəfərindən sonra ölkəmiz üçün yeni dövr başlayıb:

“İşğaldan azad edilmiş torpaqların bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb. Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlər başlanıb və ilkin kontraktlar imzalanıb. Əlbəttə ki, ilkin tərəfdaşlarımız türk qardaşlarımızdır. Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanın layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə bərpa işlərinin layihələrində türk qardaşlarımızı görməkdən çox məmnunuq”.