XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Fevral 2021 - 09:59

Azərbaycana ən çox yeni hibrid avtomobili idxal edən ölkələrin reytinqi –TOP-5

2020-ci ildə Azərbaycana 28,032 mln. ABŞ dolları dəyərində 5 080 yeni hibrid avtomobili idxal edilib. Bu, əvvəlki ilə nisbətən 2,7 dəfə çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, ötən il ən çox hibrid avtomobil Yaponiyadan gətirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Yaponiyadan 21,315 mln. dollarlıq yeni 4 752 hibrid avtomobil idxal edib ki, bu da illik müqayisədə 39,8% çoxdur.

2020-ci ildə Azərbaycanın yeni hibrid minik avtomobillərinin idxal etdiyi əsas ölkələr – TOP-5:

#

Ölkə

Sayı

Dəyər, mln. $

İllik dinamika

1

Yaponiya

4 752

21,315

39,8%

2

ABŞ

145

1,364

5,1%

3

Meksika

49

0,406

81,5%

4

Türkiyə

17

0,343

5,7 dəfə

5

Slovakiya

11

1,144

2,2 dəfə